Saçlar üçün yumurta maskası

Yumurta tərkibindəki vitamin və minerallar sayəsində sağlığınızla yanaşı, gözəlliyinizə də qatqı bəxş edə bilər. Buna görə sadəcə qidalanmanızda deyil, baxımınızda da yumurtadan istifadə edə bilərsiniz.

Yumurtanın tərkibində olan vitamin və mineralların saçlara faydası nələrdir:
Protein.
 Saç diblərini qidalandıraraq saçların sağlam uzanmasını təmin edir.
Yağ turşuları. Saçlara təbii parlaqlıq verir.
Potasium. Quru və zədələnmiş saçlara dərman kimidir.
A vitamini. Saç qırılmalarının qarşısını alır.
D vitamini. Saç tökülməsi və keçəlləyin qarşısını alır.
B12 vitamini. Saçların sağlam uzanmasını təmin edir.
Kalsium. Saçların uzanmasını dəstəkləyir və D vitamini ilə təmin edir.
Davamı →

Buruq saçlara qulluq

Bəzən buruq və dalğalı saçları düz etmək olduqca çətin ola bilər. Bunun üçün istifadə edilən kimyəvi maddələr isə çatmaq istədiyimiz nəticənin tam əksini yarada bilər. Bildiyiniz kimi təbiət saçlarınızın ən yaxın dostudur. Canlı saçlara sahib olmaq üçün bir neçə təbii qarışıq və bir az səbir kifayətdir.

Hindqozu maskası
Təzə hindqozunun südü və limon suyu saçlarınızda möcüzələr yarada bilər. Hindqozu südü ilə yarım stəkan təzə sıxılmış limon suyunu qarışdırın. Sıxlaşıb krem konsistensiyasına gələnə qədər soyuducunda soyumağa qoyun. Maskanı saçlarınıza tətbiq edin və bir saat qədər gözlədin. Həftədə 3 dəfə təkrarlayın.

Bal maskası
Beş xörək qaşığı süd tozuyla bir miqdar suyu qalın bir məcun meydana gətirmək üçün qarışdırın, Üzərinə bir çay qaşığı bal əlavə edin və yaxşıca qarışdırın. Qarışığı saçlarınıza tətbiq edin və 20 dəqiqə gözlədin. Ardından saçınızı şampunlayın. Qarışığı istədiyiniz formada tətbiq edə bilərsiniz.
Davamı →

Səhər gözəl saçlarla oyanmaq üçün

Yuxudan oyananda güzgüyə baxmağa qorxursunuz? Saçlarınız sizi dəhşətə salır? Elə bilirsiniz gözəl saçlarla oyanmaq ancaq kinolarda olur? Əslində isə bu, sandığınız kimi çətin iş deyil.

Yatmadan əvvəl saçlarınızı hörün
Yatarkən saçlar bir-birinə sürtünərək, elektriklənir və dolaşır. Bunun qarşısını almaq üçün edilə biləcək ən praktik yollardan biri saçları hörməkdir. Ancaq saçlarınızı quru ikən hörün və çox bərk sıxmayın.

Bir neçə damcı hindqozu yağı damcıladın
Saç uclarına sürtdüyünüz hindqozu yağı saçların elektriklənməsinin qarşısını almaqla yanaşı parlaq görünməsinə də yardımçı olur. Ancaq hindqozu yağını çox istifadə etməməyə və saç diblərinə sürtməməyə diqqət edin.
Davamı →

Avokado yağı

Nəmləndirici avokado yağı
Dəri tipinizin necə olmasından asılı olmayaraq nəmləndirici istifadə etməlisiniz. Müxtəlif nəmləndiricilər arasından bizim üçün ən uyğun olanını tapmaq da bir az çətindir. Doğru nəmləndiricini tapsaq da, tərkibində kimyəvi maddələr ola bilər. Buna görə də avokado yağı təbii olması baxımından yaxşı seçimdir.

Avokado yağı dəri üçün qüsursuz bir nəmləndiricidir. Digər təbii yağlardan fərqli olaraq dəri tərəfindən sürətli şəkildə hopdurulur və daha tez effekt verir.

Yaşlanmaya qarşı
Avokado yağı haqqından çox bilinməyən faydalardan biri də onun yaşlanmaya qarşı olmasıdır. Dərinin alt qatlarına nüfuz edərək sərbəst radikallara qarşı mübarizə aparır.
Davamı →

Bərpaedici maska


Saçları tez bir zamanda bərpa etmək üçün bu reseptdən istifadə edin. Bu saçlar üçün əsl «təcili yardım»dır.

Aptekdən hərəsindən 1 ampula B2, B6, B12, C vitaminləri və kapsul şəklində aevit (A və E vitaminləri) alın. Saç balzamından 1 x.q götürün, vitaminləri əlavə edin (ampulları açmaq, kapsulu deşmək lazımdır), yaxşı qarışdırın, saçlarınıza çəkin. Başınızı sellofanla, üzərindən dəsmalla örtün, 1 saat saxlayın, sonra şampunla yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə etmək olar. Effekt 1-2 istifadədən sonra görünür.
Davamı →

Şampununuzu zənginləşdirin

Adi gündəlik istifadə etdiyimiz şampunu zəngnləşdirmək olar. Zənginləşdirilmiş şampun saçlara həm kosmetik, həm də müalicəvi təsir edir — saçları möhkəmləndirir, kəpəklə mübarizə edir, tökülməsini azaldır, xarici görünüşünü xeyli yaxşılaşdırır.

Şampunu zənginləşdirmək üçün bu kimi inqrediyentlərdən istifadə edin:

1. Şampun + bal
Şampunu yarıbayarı olmaqla balla qarışdırın, saçlara çəkin, yüngül massaj edin, 10 dəqiqə saxlayın, yaxşı yuyun. Müxtəlif vitamin və minerallarla zəngin olan bal saçları möhkəmləndirir, tökülməsini azaldır, daha parıltılı və canlı edir. Həmçinin bal baş dərisinə də müsbət təsir edir, kəpəyi azaldır.
Davamı →

Aspirinli saç maskası


Aspirin ağrıları azaldır və qanı duruldur. Həkimlər 40 yaşından yuxarı olan insanlara aspirini damarlarda tromblaşmanın qarşısını alan profilaktik vasitə kimi təyin edirlər. Lakin bu sınanmış preparat kosmetologiyada da çox geniş istifadə olunur.

Aspirinlə üz maskaları dərini çox yaxşı təmizləyir, saçları aspirin əlavə olunmuş şampunla yuduqda kəpək azalır, baş dərisi daha sağlam, saçlar daha canlı olur.

2 həb aspirini yaxşı əzin, 1 dolu x.q. şampunla qarışdırın, saçlarınıza çəkin, yüngül massaj edin və bu maskanı saçınızda 5 dəqiqə saxlayın. Daha sonra yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə istifadə edə bilərsiniz.
Davamı →

Saçlar niyə elektriklənir?

Saçların elektriklənməsi ilə bir çox insanlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir.

Bunun səbəbi istilənmə sistemlərinin təsirindən saçların həddindən artıq quruması, sintetik papaqların taxılması, saçlara düzgün olmayan qulluq ola bilər. 

Saçların elektriklənməsi ilə mübarizə aparmaq üçün bizim məsləhətlərimizdən faydalana bilərsiniz: 

— Evdə istilənmə sistemi işləyirsə, evin havasını daim nəmləndirin. Bu saçların və dərinin qurumasına mane olacaq.

— Plastik və metal daraqlardan istifadə etməyin, taxta və ya keramik örtüyü olan daraqdan istifadə edin.
Davamı →

Saçların yuyulması

Qadınların həddindən artıq özlərinə diqqət yetirdiyi və baxımlı olduğu bir zamnda yaşayırıq. Xanımlar əsasən saçlarına xüsusi diqqət yetirirlər.

Demək olar ki, hər gün televiza kanallarında müxtəlif növ şampun reklamlarını izləyirsiniz. Eyni zamanda da getdiyiniz marektlərdə addımbaşı hər cür qiymətdə müxtəlif şampunlara rast gəlirsiniz. Bu kimyəvi qarışımların olduğu şampunların saçlarınızı təmizlədiyi qədər də zərələri vardır.
Davamı →